Əlaqə Arxiv
news Image
2019.07.08
15:23
| A A A
Alveşdən kubok rekordu

Braziliyanın Amerika kubokunu qazanmasının ardından “sambaçılar”ın təcrübəli müdafiəçisi Dani Alveş fərqli bir sahədə rekord qırıb.

Goal.az xəbər verir ki, karyerası boyunca Sevilla, Barcelona, Juventus vəPSG kimi komandaların formasını geyinən 36 yaşlı braziliyalı “Kopa Amerika-2019” kuboku ilə birliktə 40-cı kubokunu qazanmış olub.

Peşəkar karyerasında ilk klubu olan Sevilla ilə 5, Barcelona ilə 23, Juventus ilə 2, PSG ilə 6 və Brazilya Milli komandası ilə də 4 kubok qazanan Alveş, bu sahədə rekordları alt-üst edib.

İspaniya La Liqası, İtaliya A seriyası, Fransa Liqa 1 çempionluğu olan Alveş Barcelona ilə 3 dəfə Çempionlar Liqası kubokunu qazanıb.

Sizin Reklam Yeriniz