Əlaqə Arxiv
news Image
2019.07.10
21:32
| A A A
Pikeyə 2,3 milyon dollarlıq cərimə

İspaniya Milli Məhkəməsi Barcelona-nın müdafiəçisi Jerar Pike ilə bağlı qərarını verib.

Goal.az xəbər verir ki, məhkəmə, 32 yaşlı futbolçunu 2008, 2009 və 2010-cu illərdə imic hüquqlarından əldə olunmuş gəlirlər üzrə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün cəzalandırıb. Qərara əsasən, ispan futbolçu 2,3 milyon dollar məbləğində cərimələnib.

Son illərdə İspaniyada vergidən yayınma halları ilə bağlı xeyli məşhur futbolçu məhkəməlik olub və günahları sübuta yetirilib. İndiyə qədər Kriştiano Ronaldo, Lionel Messi, Xames Rodriqes, Radamel Falkao, Anxel Di Maria, Neymar, Xavyer Maskerano, Marselo, İker Kasilyas, Luka Modriç, Aleksis Sançes, Dieqo Kosta və Fabio Koentrao kimi ulduz oyunçular vergidən yayındığı üçün cəzalandırılıb.

Sizin Reklam Yeriniz