Əlaqə Arxiv
news Image
2019.07.19
14:38
| A A A
Juventus Poqba üçün 3 futbolçunu satmağa hazırdır

Juventus Manchester United-in yarımmüdafiəçisi Pol Poqbanın komandaya cəlb edilməsi imkanlarını nəzərdən keçirir.

Goal.az "Corriere dello Sport" nəşrinə istinadən xəbər verir ki, "qoca sinyora" Poqbanın müqabilində birdən-birə üç futbolçusunu — müdafiəçi Joau Kanselu, yarımmüdafiəçi Blez Matüidi və vinqer Duqlas Kostanı təklif etməyə hazırdır.

Fransalı futbolçu başa çatan mövsümdə İngiltərə çempionatında keçirdiyi 35 matçda 13 qol vurub (7-si penaldan) və 9 məhsuldar ötürmə edib. 26 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 100 milyon avrodur.

Sizin Reklam Yeriniz