Əlaqə Arxiv
news Image
2019.08.08
15:35
| A A A
Mahir Emreli "Trabzonspor"un hədəfində

Son günlər adı İspaniya klubları ilə yanaşı çəkilən "Qarabağ"ın futbolçusu Mahir Emreli ilə bağlı daha bir iddia ortaya atılıb.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu Türkiyə Super Liqasında mübarizə aparan "Trabzonspor"un transfer hədəfindədir.

Mahirin "Bakı" və "Qarabağ"da ümumilikdə 142 matç keçirdiyi və 37 qol, 12 məhsuldar ötürmə ilə yadda qaldığı bildirilib. Mahirlə  İspaniyanın "Deportivo", "Malaqa" və "Almeriya" klublarının maraqlandığı qeyd olunub.

Mahirin formasını geyindiyi "Qarabağ" hazırda Çempionlar Liqasında mübarizə aparır.

Sizin Reklam Yeriniz