Əlaqə Arxiv
news Image
2019.08.12
16:17
| A A A
UEFA Azərbaycanda çıxış etmiş futbolçunu 10 oyunluq cəzalandırdı

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Latviyanın “Ventspils” klubunun futbolçusu Konstantin Maxnovskini 10 oyunluq cəzalandırıb.

Goal.az qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 30 yaşlı ukraynalı qapıçının Avropa Liqasının II təsnifat mərhələsində Maltada “Qzira Yunayted”lə matçın 90+4-cü dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra irqçi davranışa yol verməsidir.

Maltadakı oyun 2:2 hesabı ilə yekunlaşdığı üçün evdə 4 cavabsız qolla qalib gələn “Ventspils” mərhələ adlayıb. Litva təmsilçisi III raundun doğma meydanda baş tutan ilk qarşılaşmasında Portuqaliya təmsilçisi “Vitoriya”ya uduzub – 0:3.

Qeyd edək ki, Maxnovski 2015-ci ildə “Rəvan”da çıxış edib. (report)

Sizin Reklam Yeriniz