Əlaqə Arxiv
news Image
2019.08.12
19:27
| A A A
Barcelona PSG ilə danışıqları dayandırdı

Barcelona klubu sabiq futbolçusu Neymarı geri qaytarmaq üçün Fransa təmsilçisi PSG ilə danışıqları dayandırıb.

Goal.az-ın sports.es saytına istinadən verdiyi məlumatına görə, kataloniyalılar fransızların sərt mövqeyindən narazıdırlar. PSG Neymarın qarşılığında Barcelona-dan Nelson Semedu, Filppe Koutinyo və 50 milyon avro istəyir. 

Lakin qarşı tərəf Semedunu verməyi düşünmədiyi üçün danışıqları dayandırıb.

Qeyd edək ki, Neymar iki il əvvəl Barcelona-dan PSG-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə müqaviləsi 2022-ci ilədək qüvvədədir.

Sizin Reklam Yeriniz