Əlaqə Arxiv
news Image
2019.08.16
15:34
| A A A
Azərbaycan güləşçisi dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıb

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı davam edir.

Movqe.az xəbər verir ki, yarışın beşinci günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Təmsilçimiz Zaur Əliyev (55 kq) səkkizdəbir finalda Qırğızıstan idmançısı Nurməhəmməd Abdullayevə tam üstünlüklə qalib gələrək (8:0) dörddəbir finala vəsiqə qazanıb.

Digər idmançımız Zaur Nuriyev (63 kq) isə səkkizdəbir finalda ABŞ pəhləvanı Alston Con Nutterə uduzub. Təsnifat mərhələsində mübarizə aparan təmsilçimiz Nəsir Həsənov (77 kq) ilk mərhələdə Belarus güləşçisi Mikita Kazakova, Laçın Vəliyev (87 kq) debütdə gənclər arasında Avropa ikincisi olmuş Macarıstan pəhləvanı David Losonçiyə, Sərxan Məmmədov (130 kq) misirli Yusif Əhməd Həmdi İssaya məğlub olublar.

Sizin Reklam Yeriniz