Əlaqə Arxiv
news Image
2019.08.18
09:49
| A A A
"Mançester Siti" "Tottenhem"lə heç-heçə edib

 

"Mançester Siti" futbol üzrə İngiltərə Premyer Liqasının II tur matçında London "Tottenhem"i ilə heç-heçə edib.

Mançester şəhərində keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

Ev sahiblərinin heyətində Rahim Sterlinq və Serxio Aquero fərqlənib. Qonaqların qollarını Erik Lamela və Lukas Moura vurub.

"Mançester Siti" üçüncü turda səfərdə "Bornmut"la qarşılaşacaq, "Tottenhem" "Nyukasl Yunayted"i qəbul edəcək.

Sizin Reklam Yeriniz