Əlaqə Arxiv
news Image
2019.10.12
21:19
| A A A
Real Madrid 19 yaşlı hücumçu ilə maraqlanır

Real Madrid norveçli futbolçunu transfer etmək niyyətindədir.

Goal.az xəbər verir ki, Salzburg-un hücumçusu Erlinq Haland “kral klubu”nun hədəfindədir. Madrid təmsilçisinin futbolçu üçün hərəkətə keçməyə hazırlaşdığı bildirilir.

19 yaşlı futbolçu ilə Manchester United də maraqlanır.

Bu ilin yanvarından Salzburg-un şərəfini qoruyan futbolçu, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla iştirak etdiyi 11 oyunda 18 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Sizin Reklam Yeriniz