Əlaqə Arxiv
news Image
2019.10.15
11:47
| A A A
Həmyerlimiz Tofiq Musayevin Rizin Qrand Prix-də (Yaponiya) möhtəşəm qələbəsi

Professional döyüş və qarışıq döyüş sənətləri (Mixed martial arts,MMA) üzrə müxtəlif tədbirlərin keçirilməsini təmin edən yapon döyüş mədəniyyətləri federasiyası olan Rizin Döyüş Federasiyası illərdir davam edən silsilə yarışlarını keçirməkdədir. Həmyerlimiz Tofiq Musayev növbəti silsilə çempionatda iştirak etmiş , Rizin Grand Prix 2019 turnirində sayca 3-cü qələbəsini qazanaraq növbəti yarımfinal mərhələsinə vəsiqə qazanmışdır. Belə ki, 70 kq çəki dərəcəsində döyüşən Tofiq Musayev rəqibi avstraliyalı güləşçi Damien Braun üzərində qələbəsini 4 dəqiqə 14 saniyə ərzində nokautla tamamlamışdır. Ümumilikdə sayca 16 görüş keçirmiş 29 yaşlı Tofiq Musayev bununla ardıcıl olaraq 12-ci qələbəsini reallaşdırıb. Yarımfinalda onun rəqibi amerikalı Coni Keys olacaq. Növbəti mərhələdə həmyerlimizə uğurlar arzu edir, finala vəsiqə qazanacağını ümid edirik.

Sizin Reklam Yeriniz