Əlaqə Arxiv
news Image
2019.11.02
22:43
| A A A
UEFA-dan Ajax-a rədd cavabı

UEFA İntizam Komitəsi Ajax azarkeşlərinin Chelsea ilə Çempionlar Liqasının səfər matçına buraxılmasına qoyulan qadağanı qüvvədə saxlayıb.

Goal.az xəbər verir ki, bu haqda Amsterdam klubunun saytı məlumat yayıb.

Bundan başqa Ajax-ın ÇL-də bir ev matçının fanatlarsız keçirilməsi haqda şərti cəzanın ləğvi barədə şikayəti də rədd edilib. Əgər azarkeşlər bir il müddətində qaydaları yenə pozsa, qərar qüvvəyə minəcək.

Xatırladaq ki, hollandların cəzalandırılmasına fanatların ötən mövsüm Benfica ilə səfər matçındakı davranışı səbəb olub.

Sizin Reklam Yeriniz