Əlaqə Arxiv
news Image
2019.11.10
21:44
| A A A
"Sumqayıt bizdən istəkli idi" - Sabah-ın məşqçisi

“Rəqibi təbrik edirəm. İlk hissə bərabər oyun oldu. İkinci hissədə biz də qol vura bilərdik, rəqib də”.

Goal.az xəbər verir ki, bu sözləri “Sabah”ın məşqçisi Ramin Quliyev Premyer Liqanın 11-ci turunda evdə “Sumqayıt”a 1:3 uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O, müdafiədə səhvlərinin olduğunu bildirib: “Qol imkanlarımızdan yararlana bilmədik. Ulisse Diallonun qol vura bilmədiyi bir epizod oldu ki, qırılma anı idi. Qol vura bilmirsənsə, sənə vururlar. Müdafiədə səhvlərimiz oldu. Biz imkanlardan istifadə edə bilmədik. Rəqib layiqli qələbə qazandı. Orta xətdə zədəlilərimiz var. Rəşad Eyubov neçə məşqdi yoxdur. Coşqun Diniyev də zədəlidir. Ancaq bunlar bəhanə deyil. Rəqib ikinci hissədə oyunu ələ aldı və qələbə qazandı. "Sumqayıt" bizdən daha istəkli idi. Amma bəxt amili də öz sözünü dedi”.

R.Quliyev Cavid İmamverdiyevin zədəsinin ciddi olmadığını deyib: “Hələ dəqiq nəsə demək olmaz. Həkimdən soruşduq, yüngül zədə olduğunu dedilər. Qarşıda fasilə var, zədəlilərin qayıtması komandaya fayda verəcək. Qışa kimi 3 oyunumuz var. Bu legionerlərin içərisində komandaya uyğunlaşan da var, uyğunlaşmayan da. Yenə də baxılacaq. Hansısa legioner haqda indi qərar vermək çətindir. Ulisse Diallo ilə Cavid İmamverdiyev arasındakı mübahisəyə gəlincə, baş məşqçimiz paltardəyişmə otağında da bu haqda danışdı. Dedi ki, belə şeylər olmaz, gələcəkdə yol verilməsin. Emosiya ilə bağlı idi. Ancaq istənilən halda bu yolverilməzdir”.

Sizin Reklam Yeriniz