Əlaqə Arxiv
news Image
2019.11.13
17:38
| A A A
Azərbaycan Kubokunun PÜŞKÜ ATILDI

Futbol üzrə Azərbaycan Kubokunda 2019/2020 mövsümünün püşkü atılıb.

AFFA-nın inzibati binasında baş tutan tədbirdə Premyer Liqada çıxış edən 8 komandadan əlavə, I Divizionun 4 təmsilçisi - "Zaqatala", "Kəpəz", "Ağsu" və "Qaradağ Lökbatan"ın da rəqibləri bəlli olub. Komandalar reytinqlərinə əsasən 3 səbətə bölünüb. Əvvəlcə ötən mövsüm Premyer Liqanı 5 - 8-ci yerlərdə başa vurmuş komandaların - "Zirə", "Sumqayıt", "Sabah" və "Keşlə"nin təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib. Bu mərhələnin qarşılaşmaları bir oyundan ibarət olacaq və dekabrın 4-də keçiriləcək. Qaliblər Premyer Liqada ilk 4 yeri tutmuş komandalarla - "Qarabağ", "Neftçi", "Səbail" və "Qəbələ" ilə 1/4 finalda qarşılaşacaqlar. Bu mərhələnin ilk görüşləri 15-16 dekabrda, cavab oyunları 19-20 dekabrda keçiriləcək.

Təsnifat mərhələsi "Sabah" - "Ağsu" "Zirə" - "Qaradağ Lökbatan" "Sumqayıt - "Zaqatala" "Keşlə" - "Kəpəz"

1/4 fonal "Qəbələ" - "Sabah" - "Ağsu" "Səbail" - Zirə" - "Qaradağ Lökbatan" "Neftçi" - "Sumqayıt - "Zaqatala" "Qarabağ" - "Keşlə" - "Kəpəz"

Qeyd edək ki, I Divizion təmsilçilərindən "Turan Tovuz" və MOİK kubok mübarizəsinə qoşulmayacaq. Ötən mövsüm Azərbaycan Kubokunu tarixdə ilk dəfə "Qəbələ" qazanıb. (report)

Sizin Reklam Yeriniz