Əlaqə Arxiv
news Image
2019.11.16
13:58
| A A A
Millimiz Uels yığmasını qəbul edir

Azərbaycan milli komandası bu gün AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

Goal.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi komandamız bu dəfə “Bakcell Arena”da Uels yığmasını qəbul edəcək.

E qrupunda yer alan hər iki kollektiv indiyədək 6 oyun keçirib. Hazırda Uels 8 xalla 4-cü pillədə yer alıb. Millimiz isə 1 xalla sonuncudu.

Bu, iki komanda arasında 8-ci qarşılaşma olacaq. Əvvəlki görüşlərin yalnız 1-də heç-heçə etməyi bacaran millimiz qalan bütün görüşlərdən məğlub ayrılıb.

AVRO-2020-nin seçmə mərhələsi

E qrupu

21:00. Azərbaycan – Uels

Baş hakim: Deniz Aytekin (Almaniya)

Bakı, “Bakcell Arena”.

Sizin Reklam Yeriniz