Əlaqə Arxiv
news Image
2019.12.08
22:22
| A A A
Premyer Liqada mövsümün ilk yarısı bitdi

Bu gün Azərbaycan Premyer Liqasında 14-cü tura yekun vurulub.

Goal.az xəbər verir ki, ilin son turunda daha üç oyun keçirilib.

"Zirə" öz meydanında "Səbail"i qəbul edib və 4:1 hesablı qələbə qazanıb. "Sumqayıt" - "Qəbələ" matçında bərabərik qeydə alınıb - 1:1. Günün son matçında isə "Neftçi" "Sabah"ın qonağı olub. Görüş "ağ-qaralar"ın qələbəsi ilə başa çatıb - 2:0.

Qeyd edək ki, bu oyunlardan sonra mövsümün ilk yarısına yekun verulub və komandalar qış fasiləsinə yollanıb.

8 dekabr (bazar)

17:00."Sabah" – "Neftçi" - 0:2

Qol: Anton Krivotsyuk, 45+2, Stiven Monroz, 90+2

Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Namiq Bəkirov

"Bank Respublika Arena"

15:00."Zirə" – "Səbail" - 4:1

Qollar: Nicat Süleymanov, 5 (1:0), 20 (2:0), Adrian Skarlatake, 60 (3:0), Eriko da Silva, 78 (3:1), Tellur Mütəllimov, 89 (4:1)

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rauf Allahverdiyev

Zirə İdman Kompleksinin stadionu

15:00."Sumqayıt" – "Qəbələ" - 1:1

Qollar: Fernan Lopez, 22 (0:1), Peyman Babayi, 31-pen. (1:1)

Qırmızı vərəqələr: Anar Nəzirov ("Qəbələ"), 65, Qismət Alıyev, 86 ("Qəbələ")

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Orxan Məmmədov

"Kapital Bank Arena"

Sizin Reklam Yeriniz