Əlaqə Arxiv
news Image
2019.12.09
16:26
| A A A
Rusiya bütün idman yarışlarından kənarlaşdırıldı

Beynəlxalq Anti-Dopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiyanı dörd il müddətinə bütün idman yarışlarından kənarlaşdırıb.

Mövqe.az-ın məlumatına görə, bu qadağa Olimpiya oyunları və dünya çempionatlarına da şamil edilir.

Bu müddət ərzində rusiyalı idmançılar və komandalar dünya miqyaslı yarışlarda, o cümlədən 2020-ci il Yay Olimpiya oyunlarında və 2022-ci il futbol üzrə dünya çempionatında iştirak edə bilməyəcək.

Bundan başqa, Rusiya ərazisində dünya çempionatlarının keçirilməsi də qadağan edilib.

Sizin Reklam Yeriniz