Əlaqə Arxiv
news Image
2019.12.09
20:19
| A A A
"Qalib gəlməliyik - istər Bakıda olsun, istərsə də Londonda"

“Çox yaxşı qrupdur. Təsnifat mərhələsində keçirdiyi 10 matçın hamısında qalib gələn İtaliya yığması favoritdir”.

Goal.az xəbər verir ki, bunu AVRO-2020-də İtaliya, Türkiyə və Uels milliləri ilə birgə A qrupunda yer alan İsveçrə yığmasının futbolçusu Manuel Akanci “Blick” nəşrinə açıqlamasında deyib.

Almaniyada Dortmund Borussia-sının formasını geyinən 24 yaşlı müdafiəçi irəliləmək üçün yaxşı imkanlarının olduğunu vurğulayıb. O, Avropa çempionatının matçlarının Bakıda və ya Londonda keçirilməsinin fərqi olmadığını bildirib:

“Hədəfimiz mümkün qədər irəliləməkdir. Qrup oyunlarını keçirmək üçün uzaq səfərlər etmək optimal variant olmasa da, mənim üçün fərqi yoxdur. Öz oyunumuzu sərgiləməli və qalib gəlməliyik. İstər Bakıda olsun, istərsə də Londonda”.

AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil ediləcək.

Sizin Reklam Yeriniz