Əlaqə Arxiv
news Image
2019.12.11
14:46
| A A A
Rahilə Hüseynovadan Avropa birinciliyində iki medal (FOTO)

7-14 dekabr tarixlərində İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Mövqe.az-ın məlumatına görə, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Oktay Muxtarovun rəhbərliyi altında çıxış edən Azərbaycan yığmasının üzvləri də var.

Yaşı 15-ə qədər olan atletlərdə 76 kq çəki dərəcəsində Rahilə Hüseynova qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 75 kq nəticə ilə 4-cü yeri tutub.

Rahilə təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 97 kq-ın öhdəsindən gələrək bu hərəkətdə Avropa birinciliyinin gümüş mükafatçısı olub.

Toplam 172 kq (75+97) nəticə ilə yekun sıralamada 3-cü yerə çıxaraq bürünc medala layiq görülüb.

Sizin Reklam Yeriniz