Əlaqə Arxiv
news Image
2019.12.12
18:47
| A A A
Qarabağ-ın futbolçusunun cəzası azaldıldı

"Qarabağ"ın futbolçusu İsmayıl İbrahimliyə AFFA İntizam Komitəsinin kəsdiyi cəza yüngülləşdirilib.

Goal.az-ın məlumatına görə, bu barədə milli assosiasiyanın Apellyasiya Arbitraj Tribunalı qərar qəbul edib. Tribunal “Qarabağ”ın müraciətini qismən təmin edib. İbrahimli “Sumqayıt”la səfər matçı zamanı rəqib futbolçuya bilərəkdən zərbə endirməsi əsas gətirilərək, 3 oyunluq diskvalifikasiya olunmuşdu. Apellyasiya Tribunalı İbrahimlinin cəzasını 2 matça endirib.

Futzal üzrə Birinci Liqada çıxış edən “Baku Fans” klubu tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməyib. AFFA İntizam Komitəsinin 20 noyabr 2019-cu il tarixli qərarı ilə “Baku Fans” – “Baku Fire-2” görüşündə meydan sahiblərinin oyunçusu Eldost Paşayevin rəqibi ayaqla bilərəkdən vurduğuna, hakimi təhqir etdiyinə, hakimə fiziki təzyiq göstərdiyinə görə 10 oyunluq cəzası qüvvədə saxlanılıb.

Sizin Reklam Yeriniz