Əlaqə Arxiv
news Image
2019.12.13
10:45
| A A A
Qarabağ məğlubiyyətdən qurtula bildi

"Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda növbəti oyununa çıxıb.

Goal.az xəbər verir ki, Ağdam təmsilçisi Lüksemburqun “Düdelanj” klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma “Qarabağ” üçün uğursuz alınıb. İkinci hissənin əvvəlindəcə azlıqda qalan təmsilçimiz məğlubiyyətdən son anda xilas oldu.

Qrupun digər matçında isə pley-off mərhələsinə vəsiqəni təmin edən APOEL ilə “Sevilya” klubları üz-üzə gəlib. İspaniya təmsilçisi bu oyunda minimal hesabla məğlub olub – 0:1.

Avropa Liqası, qrup mərhələsi, 6-cı tur

Qarabağ – Düdelanj (Lüksemburq) 1:1

Qol: Maqaye Geye, 90+1 – Sabir Buqren, 63.

Qırmızı vərəqə: Qara Qarayev (ikinci sarı).

Sizin Reklam Yeriniz