Əlaqə Arxiv
news Image
2019.12.15
20:28
| A A A
Qəbələdə darmadağın, Bakıda heç-heçə

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib.

Goal.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk oyununda kubokun son qalibi “Qəbələ” doğma azarkeşləri qarşısında “Sabah”ı qəbul edib. Meydan sahibləri rəqib qapısından üç cavabsız qol keçirməklə, cavab matçından əvvəl böyük üstünklük əldə ediblər. Bu komandalar ötən mövsüm də kubokda qarşılaşmış və hər iki oyunda qələbə qazanan “Qəbələ” növbəti mərhələyə yüksəlmişdi.

Günün digər matçında isə 10 oyundur ki, Premyer Liqada qələbə qazana bilməyən “Səbail” “Zirə” ilə üz-üzə gəlib. Bu oyunda qapılara qol vurulmayıb.

1/4 final mərhələsinin ilk oyunlarına sabah keçiriləcək “Neftçi” – “Sumqayıt” və “Qarabağ” – “Keşlə” görüşləri ilə yekun vurulacaq.

Azərbaycan kuboku, 1/4 final mərhələsi

15 dekabr

Qəbələ – Sabah 3:0

Qol: Klesio Bauk, 19; 44. Ülvi İsgəndərov, 87.

Qırmızı vərəqə: Ülvi İsgəndərov, 90+2 (“Qəbələ”)

Səbail – Zirə 0:0

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Fərid Hacıyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

“ASCO Arena”, 17:00

Sizin Reklam Yeriniz