Əlaqə Arxiv
news Image
2020.01.20
17:49
| A A A
Ronaldo Juventus-un tarixinə keçdi

Juventus-un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo İtaliya çempionatının Parma ilə 20-ci turunun matçında vurduğu növbəti qolla fərqlənib.

Goal.az-ın məlumatına görə, portuqaliyalı futbolçu bununla Turin klubunun son 15 ildə A Seriyasının 7 matçında ardıcıl qol vuran birinci oyunçusu olub. Daha əvvəl bu uğura David Trezeqe imza atıb. O, İtaliyanın çempionatının ardıcıl 9 matçında qol vurub.

Qeyd edək ki, 34 yaşlı portuqaliyalı cari mövsümdə İtaliya milli çempionatının 17 matçında iştirak edib. O, bu oyunlarda 15 qol vurub, həmçinin 2 məhsuldar ötürmə verib.

Sizin Reklam Yeriniz