Əlaqə Arxiv
news Image
2020.01.20
21:24
| A A A
Liverpool-dan rekord göstərici

Liverpool İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində Manchester United-i 2:0 hesabı ilə məğlub edən Liverpool daha bir rekorda imza atıb.

Goal.az xəbər verir ki, bu qələbə sayəsində Premyer Liqada qazandığı xalların sayını 64-ə çatdırıb. Bu, “böyük beşlik” çempionatları arasında ən yaxşı göstəricidir. Çempionatda bir oyun az keçirən Liverpool 22 oyunda 64 xal toplayan ilk komanda olub.

Qeyd edək ki, Mersisayd klubu Premyer Liqanın son 31 oyununda mümkün olan 93 xaldan 91-ni qazanıb və 30 dəfə qalib gəlib.

Sizin Reklam Yeriniz