Əlaqə Arxiv
news Image
2020.01.22
20:25
| A A A
Səbail-dən növbəti transfer - RƏSMİ

"Səbail" klubu yeni futbolçu transferini gerçəkləşdirib.

Goal.az xəbər verir ki, komanda Peyman Keşavarzı heyətinə qatıb. 24 yaşlı cənubi azərbaycanlı müdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, "Sumqayıt" klubu 2019-cu ilin əvvəlində Peyman Keşavarz ilə müqavilə imzalayıb. Lakin oyunçu həmin mövsüm artıq iki klubda çıxış etdiyindən müqavilə ləğv edilib. Keşavarz İran Premyer Liqasında çıxış edən "Traktor"un yetirməsidir.

Sizin Reklam Yeriniz