Əlaqə Arxiv
news Image
2020.01.24
11:28
| A A A
Galatasaray müdafiəçisini icarəyə verdi

Galatasaray müdafiəçisi Emre Taşdemiri icarəyə verib.

Goal.az xəbər verir ki, gənc futbolçu mövsümün qalan hissəsini Kayserispor-da keçirəcək.

Bu barədə hər iki klubun mətbuat xidmətləri məlumat yayıb. Tərəflər mövsümün sonuna kimi anlaşıblar.

Kayserispor yarım mövsümlük icarə haqqı olaraq Galatasaray-a 600 min TL vəsait ödəyəcək. Üstəlik, icarə müddətində futbolçunun bütün məvacibləri Kayseri klubu tərəfindən ödəniləcək.

Emre Taşdemir ötən mövsümün dövrələrarası fasiləsi zamanı Bursaspor-dan ayrılaraq Galatasaray-a keçmişdi. O, İstanbul klubunun heyətində Super Liqada 13, Türkiyə kubokunda 4 oyun keçirib.

Sizin Reklam Yeriniz