Əlaqə Arxiv
news Image
2020.01.26
19:35
| A A A
Rafael Ağayevlə İrina Zaretska dünyanın ən yaxşıları arasında

Rafael Ağayev (-75 kq) və İrina Zaretska (-68 kq) ötən mövsümün nəticələrinə əsasən “Grand Winners” mükafatı ilə təltif olunublar.

Goal.az xəbər verir ki, bununla da karateçilərimiz növbəti dəfə dünyanın ən yaxşı döyüşçüləri arasında yer alıblar.

Dünya Karate Federasiyasının (WKF) ilin yekunlarına əsasən təsis etdiyi nüfuzlu mükafat hər çəki dərəcəsində ən yüksək nəticə göstərən idmançılara təqdim olunur.

İdmançılara mükafatları WKF prezidenti Antonio Espinos və Karate1 Premyer Liqa turnirinin Paris mərhələsinin təşkilatçısı, Fransa Karate Federasiyasının prezidenti Fransis Didye təqdim edib.

Sizin Reklam Yeriniz