Əlaqə Arxiv
news Image
2020.01.27
14:33
| A A A
Barcelona-nın futbolçusu İtaliyaya keçir

Roma Barcelona-nın futbolçusunu heyətinə qatmağa yaxındır.

Goal.az xəbər verir ki, “canavarlar” Karles Peresin keçidini tamamlamağa hazırlaşır. Roma 21 yaşlı futbolçunu mövsümün sonunda birdəfəlik heyətinə qatmaq şərti ilə icarəyə götürəcək. Paytaxt klubu bu keçid üçün Barcelona-ya 13 milyon avro təzminat ödəyəcək.

Barcelona-nın yetirməsi olan ispan futbolçu, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla keçirdiyi 13 oyunda 3 qol, 3 məhsuldar ötürməylə yadda qalıb.

Sizin Reklam Yeriniz