Əlaqə Arxiv
news Image
2020.01.29
20:54
| A A A
Sergen Yalçın rəsmən "Beşiktaş"da
Sergen Yalçının "Beşiktaş"a baş məşqçi təyin olunması rəsmiləşib. Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb. Komanda yeni çalışdırıcının rəhbərliyi altında bu gün ilk məşqinə çıxıb. Sergen Yalçın həm futbolçu həm də məşqçilik karyerasına İstanbul təmsilçisində başlayıb. Onun çalışdırdığı son komanda "Malatyaspor" olub. Qeyd edək ki, S.Yalçın bir neçə gün öncə istefaya göndərilən Abdullah Avcının yerinə təyin olunub.
Sizin Reklam Yeriniz