Əlaqə Arxiv
news Image
2020.02.17
11:21
| A A A
Almaniya Bundesliqasında Azərbaycan klubu
AZE Nakhcivan-Köln SK futbol klubu rəsmən fəaliyyətə başladı

Almanyanın Köln şəhərində fəaliyyət göstərən AZE Nakhcivan-Köln SK Futbol Klubunun təqdimat mərasimi keçirilib. Klubun bazasında baş tutan açılış mərasiminə Türkiyə mediası diqqət ayırıb. Tədbirdə Türkiyə və Azərbaycanın idman sahəsində işbirliyinin önəmi vurğulanıb.

Klubun prezidenti Aydın Karaca çxışında Almanyada Azərbaycan klubunun açılışını həyata keçirməkdən məmnunluğunu ifadə edib: “Biz Türkiyə türkləri Azərbaycanın qardaş toplumu olduğumuz üçün idman sahəsindəki bilgi və təcrübəmizi onlarla paylaşmaq istəyirik. Hədəfimiz uşaq futboluna diqqət ayırmaq, peşəkar və səviyyəli gənc futbolçular yetişdirməkdir. Azərbaycanlı övladlarımızın yüksək səviyyəli futbolçu olaraq yetişməsi bizim üçün vacib məsələdir. Çalışırıq ki, azərbaycanlı istedadlar daha yüksək səviyyəli məşq prosesindən keçsin. Uşaqlarımızın inkişaf etməsi və onların səslərinin Avropanın adlı-sanlı klublarından gəlməsi bizim üçün qürurdur”.

Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri və AZE Nakhcivan-Köln SK Futbol Klubunun vitse-prezidenti Rəşad Quliyev Avropadakı Azərbaycan türklərinin  futbol klubu olmadığı üçün bu qərarı verdiklərini bildirib. R. Quliyev klubun adının Naxçıvan olmasını xüsusi olaraq istədiklərini ifadə edib: “Bilirsiniz ki, Naxçıvan Türkiyə ilə sərhəddə muxtar respublikadır. Naxçıvanı və Naxçıvanın timsalında Azərbaycanı Avropada tanıtmaq, eyni zamanda Azərbaycan futboluna dəstək vermək üçün bu klubun yaradılmasına qərar verdik. Almaniyada uşaq futboluna fərqli yanaşma var. Hesab edirəm ki, Almaniya məktəbinin xüsusiyyətlərini mənimsəmək Azərbaycan futbolunun inkişafına müsbət təsir edəcək. Çox ciddi planlarımız var. Bu planların həyata keçirilməsi üçün var gücümüzlə çalışacağıq. Bu həm də bir milli məsələdir”.

Sizin Reklam Yeriniz