Əlaqə Arxiv
news Image
2020.02.17
18:28
| A A A
Çempionlar Liqasında daha iki matça hakim təyinatı bilindi

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində fevralın 19-da keçiriləcək Atalanta – Valencia və Tottenham – Leipzig matçına təyinatlar məlum olub.

Goal.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

İtaliyada keçiriləcək Atalanta – Valencia matçını İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Maykl Oliver olacaq. Ona Suart Brut və Simon Bennett kömək edəcək. Dördüncü hakim funksiyasını Martin Atkinson yerinə yetirəcək. VAR hakimləri isə Kris Kavanaq və Kreyq Pouson olacaq.

İngiltərədə keçiriləcək Tottenham – Leipzig matçını isə Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Cüneyt Çakır olacaq. Ona Bahattin Duran və Tarik Ongün kömək edəcək. Dördüncü hakim funksiyasını Halil Umut Meler yerinə yetirəcək. Var hakimləri isə Mete Kalkavan və Abdulkadir Bitigen olacaq.

Hər iki görüş fevralın 19-da, saat 00:00-da start götürəcək.

Sizin Reklam Yeriniz