Əlaqə Arxiv
news Image
2020.02.17
20:52
| A A A
UEFA yeni mükafat təsis etdi

UEFA yeni mükafat təsis edib.

Goal.az xəbər verir ki, bundan sonra Çempionlar Liqasının pley-off görüşlərinin ən yaxşı futbolçuları mükafatlandırılacaq.

"Qaliblər Çempionlar Liqasının 1/8 final oyununda stadionda müəyyənləşəcək. Final fitindən sonra oyunçu vacib epizodlardakı roluna, taktiki yetkinliyə, ixtiraçılığa, üstün texnikaya və ədalətli oyun prinsiplərinə sadiqliyinə görə mükafat alacaq" - deyə, UEFA-nın rəsmi saytında bildirilib.

Qeyd edək ki, pley-off görüşləri sabah start götürəcək.

Sizin Reklam Yeriniz