Əlaqə Arxiv
news Image
2020.02.18
19:27
| A A A
Real Madrid yeni transferini bu gün təqdim edəcək

"Real” qışda transfer etdiyi Reynier Xesus Karvalyonu bu gün rəsmən təqdim edəcək.

Goal.az xəbər verir ki, bu barədə İspaniya nəhənginin rəsmi saytı məlumat yayıb.

Braziliyalı gənc yarımmüdafiəçi “Flamengo”dan transfer olunub. 18 yaşlı futbolçu La Liqa klubu ilə 6 illik müqaviləyə imza atıb.

“Real” bu transfer için 35 milyon avrosundan keçib. Gənc futbolçu hələlik “Real”ın əvəzedici komandası hesab olunan “Kastilya”da forma geyinəcək.

Reynier “Real”ın qışda heyətinə qatdığı yeganə futbolçudu. Madrid klubu bu transferi yanvarın sonunda açıqlamışdı.

Sizin Reklam Yeriniz