Əlaqə Arxiv
news Image
2020.02.18
15:44
| A A A
Yeni mövsümdə ÇL-də iştirak edəcək ilk komanda bilindi

2020/21 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək ilk komanda məlum olub.

Goal.az xəbər verir ki, bu, Liverpool klubudur. Hazırda Premyer Liqada 76 xalla lider olan Liverpool bundan sonra bütün oyunlarını uduzsa da, yerli çempionatı ilk 4-lükdə bitirəcək və yeni mövsümdə ÇL-də iştirak edəcək.

Premyer Liqada 4-cü sırada yer alan Chelsea-nin hazırda 41 xalı var. London təmsilçisi bütün matçlarını qazansa belə, Liverpool-a çata bilmir.

Qeyd edək ki, Liverpool ən yaxın izləyicisi Manchester City-dən 25 xal öndədir.

Sizin Reklam Yeriniz