Əlaqə Arxiv
news Image
2020.02.21
20:52
| A A A
Ajax-dan MLS-ə

Ajax təcrübəli futbolçularından biri olan Sim de Yonqla yollarını ayırıb.

Goal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ABŞ-ın Cincinnati klubuna transfer olunub.

Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Onunla müqavilənin müddəti və digər detalları açıqlanmır. Amma De Yonq Cincinnati-yə azad agent statusunda keçib. Halbuki, onun Ajax-la 2020-ci ilin yayına kimi müqaviləsi var idi. Niderlandlı oyunçunun məhz bu müqavilənin müddəti bitəndən sonra, yayda ABŞ-a yollanacağı iddia olunurdu. Lakin klublar bu transferlə bağlı elə indi razılığa gələ biliblər və Ajax təcrübəli yarımmüdafiəçisini pulsuz buraxmağa razılaşıb.

Qeyd edək ki, Niderland yığmasında da oynamış Sim de Yonq Ajax-ın öz yetirməsidir. O, bu klubda 277 oyun keçirib, 88 qol vurub, 52 məhsuldar ötürmə müəllifi olub.

Sizin Reklam Yeriniz