Əlaqə Arxiv
news Image
2020.02.22
13:58
| A A A
Premyer Liqada 18-ci tura start verilir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək.

Goal.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.

Tura Qəbələdə start veriləcək. “Qəbələ” doğma meydanda çempionluğa iddialı “Neftçi”dən xal almağa çalışacaq.

Günün digər oyunu isə iki paytaxt təmsilçisi “Keşlə” və “Zirə” arasında baş tutacaq.

Tura sabah keçiriləcək “Qarabağ” - “Sumqayıt” və “Sabah” - “Səbail” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XVIII tur

22 fevral

“Qəbələ” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov.

Qəbələ şəhər stadionu, 15:00.

“Keşlə” – “Zirə”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Rəşad Əhmədov.

“ASK Arena”, 17:00.

Sizin Reklam Yeriniz