Əlaqə Arxiv
news Image
2020.02.23
22:48
| A A A
Real-dan Hazardın zədəsi ilə bağlı rəsmi açıqlama

Real Madrid-in futbolçusu Eden Hazardın İspaniya La Liqasının 25-ci turu çərçivəsində Levante ilə matçda (0:1) zədələndiyini xəbər vermişdik.

Goal.az xəbər verir ki, artıq belçikalı hücumçunun durumuna aydınlıq gəlib.

Paytaxt klubunun rəsmi saytının yaydığı məlumata görə, Hazardın ayaq biləyində sınıq aşkarlanıb. Madrid təmsilçisi futbolçunun dəqiq nə vaxt sağalacağı barədə məlumat verməyib. Amma İspaniya mətbuatı onun bərpa müddətinin ən azı iki ay çəkəcəyini yazıb. Beləliklə, Hazard Çempionlar Liqasının 1/8 final mərhələsində Manchester City və La Liqada Barcelona ilə vacib oyunları buraxmalı olacaq. (matc.az)

Sizin Reklam Yeriniz