Əlaqə Arxiv
news Image
2020.02.24
20:49
| A A A
Real Madrid-də ciddi itki

Real Madrid İspaniya La Liqasının 26-cı turunda Barcelona ilə oyuna itkilərlə çıxacaq.

Goal.az xəbər verir ki, zədəli Eden Hazardın ardından Rodriqonun da bu vacib görüşü buraxacağı dəqiqləşib.

Braziliyalı yarımmüdafiəçi Real Madrid-in ikinci komandası olan Castilla-nın heyətində 3-cü liqada San Sebastian Reyes-lə qarşılaşmada qırmızı vərəqə alıb. La Liqanın reqlamentinə əsasən Rodriqo növbəti matçda iştirak etməyəcək.

Qeyd edək ki, Real Madrid – Barcelona oyunu martın 1-də keçiriləcək.

Sizin Reklam Yeriniz