Əlaqə Arxiv
news Image
2020.02.28
21:49
| A A A
Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atıldı

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Goal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədirdə 1/8 finala yüksələn 15 komanda və cavab oyunu bu gün keçiriləcək bir cüt iştirak edib.

Püşkatma zamanı klublar səpələnmişlər və səpələnməmişlər səbətlərinə ayrılmayıb. Eyni ölkə təmsilçilərinin bir-biri ilə düşmələrinə də məhdudiyyət qoyulmayıb.

Türkiyənin avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi Başakşehir də rəqibini tanıyıb. İstanbul klubu 1/8 finalda Kopenhagen-lə qarşılaşacaq. İlk matç Türkiyədə olacaq.

Avropa Liqası

1/8 final

Başakşehir (Türkiyə) - Kopenhagen (Danimarka)

Olympiacos (Yunanıstan) - Wolverhampton (İngiltərə)

Rangers (Şotlandiya) - Bayer Leverkusen (Almaniya)

Wolfsburg (Almaniya) - Shakhtar (Ukrayna)

İnter (İtaliya) - Getafe (İspaniya)

Sevilla (İspaniya) - Roma (İtaliya)

Salzburg (Avstriya) / Eintracht (Almaniya) cütünün qalibi - Basel (İsveçrə)

LASK (Avstriya) - Manchester United (İngiltərə)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 12-də, cavab görüşləri martın 19-da olacaq.

Sizin Reklam Yeriniz