Əlaqə Arxiv
news Image
2020.03.30
17:37
| A A A
Tokio Olimpiadasının keçiriləcəyi vaxt bilindi

Tokio Olimpiya və Paralimpiya Oyunlarının keçiriləcəyi vaxt dəqiqləşdirilib.

Mövqe.az-ın məlumatına görə, əldə edilən razılaşmaya əsasən Yay Olimpiya Oyunları 2021-ci il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də başlanacaq.

Qeyd edilir ki, bu barədə razılaşma Beynəlxalq Olimpiya Komitəsi (BOK), Tokio təşkilat komitəsi, Tokio paytaxt hökuməti və Yaponiya hökuməti arasında aparılan müzakirələrin nəticəsi olaraq əldə edilib.

Xatırladaq ki, “COVID-19” koronavirusuna görə Yaponiya hökuməti ilə BOK arasında əldə edilən razılaşmaya əsasən “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunları gələn il keçiriləcək.

Sizin Reklam Yeriniz