Əlaqə Arxiv
news Image
2020.04.07
15:03
| A A A
MMA döyüşçüsü oğru ilə dalaşdı: "Ölməyə hazır idim"
ABŞ-ın MMA döyüşçüsü Entoni Smitin evinə oğru girib. "Report" ESPN-ə istinadən xəbər verir ki, idmançı oğru ilə 5 dəqiqədən çox dalaşıb, daha sonra polis hadisə yerinə çatıb. Lük Haberman adlı soyğunçu tutulub. Smit hadisə ilə bağlı bunları söyləyib: "Həyat yoldaşım məni oyatdı və evdə bir adamın olduğunu söylədi. Silahı olub-olmadığını bilmirdim. Məqsədim ailəmi qorumaq idi. Həyat yoldaşım uşaqları otağa saldı və qapıları bağladı". İdmançı oğruya qarşı həyatının ən çətin döyüşlərindən birini keçirdiyini vurğulayıb: "Döyüşə qoşuldum, ölməyə hazır idim. Hər zərbə alanda mənimlə döyüşməyə davam edirdi. Gecənin yarısında ağıllı adam silahsız başqa evə girməz". Qeyd edək ki, Entoni Smit peşəkar karyerasında 32 qələbə qazanıb, 14 dəfə məğlub olub.
Sizin Reklam Yeriniz