Əlaqə Arxiv
news Image
2013.07.12
15:50
| A A A
Futbol üzrə XXII Azərbaycan çempionatının püşkü atılıb

Bu gün Topaz Premyer Liqasının 2013/2014-cü il mövsümünün püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, AFFA-nın inzibati binasında baş tutan tədbirdə 10 komandanın iştirakı ilə baş tutacaq XXII milli çempionatın oyunlarının təqvimi bəlli olub.

 

Belə ki, püşkatmaya qatılan klub nümayəndələri ötən çempionatda tutduqları yerə uyğun dəvət olunaraq şarları səbətdən çıxarıb və bununla, öz nömrələrini müəyyənləşdiriblər.    


I tur

"İnter" (6) – "Qarabağ" (4)

"Bakı" (7) – "Qəbələ" (3)

"Neftçi" (8) – AZAL (2)

"Simurq" (9) – "Rəvan" (1)

"Sumqayıt" (5) - "Xəzər Lənkəran" (10)


Qeyd edək ki, ilk tur avqustun 3-4-də keçiriləcək. Qarşıdakı mövsüm 4 dövrədən – 36 turdan ibarət olacaq.

 

Sizin Reklam Yeriniz