Əlaqə Arxiv
news Image
2013.07.16
15:06
| A A A
Azərbaycan şahmatçısı Qran-prinin qalibi oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Pekində keçirilən şahmat üzrə Qran-pri yarışının qalibi olub.


Mövqe.az-ın məlumatına görə, son turda Boris Gelfandla xalları bölən qrossmeysterimiz ikinci yeri tutan Aleksandr Qrişşuku yarım xal qabaqlayaraq Qran-prini qazanıb. 11 görüşdən 5-də qalib gələn Şəhriyar 7 xal toplayaraq dünyanın ən yaxşı şahmatçılarından biri olduğunu sübut edib.

Xatırladaq ki, Məmmədyarov son bir ayda qatıldığı 4 superturnirin 3-nün qalibi olub və dünya reytinqində böyük sıçrayış edərək hazırkı dünya çempionu Vişvanatan Ananddan 0.7 xal geri qalır

Sizin Reklam Yeriniz