Əlaqə Arxiv
news Image
2013.07.17
13:00
| A A A
Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarına start verilib

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz "Neftçi"nin Albaniya "Skenderbeu"su ilə üz-üzə gəldiyi bu mərhələnin ilk oyun günündə azarkeşlər 8 oyun izləyib.


2 gündə keçiriləcək Avropanın ən nüfuzlu klub turnirinin açılış oyununda sensasiyası Belarusda qeydə alınıb. Belə ki, qrup mərhələsində oynamaq təcrübəsinə malik BATE gözlənilmədən evdə Qazaxıstanın "Şaxtyor" klubuna uduzub.



Çempionlar Liqası

II təsnifat mərhələsi (ilk oyunlar)

16 iyul

"Viktoriya" (Çexiya) – "Jelezniçar" (Bosniya və Herseqovina) - 4:3

Qollar: Kisovski, 63, Kolar, 66; 76, Raytoral, 81 - Tomiç, 52, Bajiç, 78, Busan, 85


BATE (Belarus) – "Şaxtyor" (Qazaxıstan) - 0:1

Qol: Kiznikenko, 48


"Dinamo" (Gürcüstan) – "Streymur" (Farer adaları) - 6:1

Qollar: Ustarits, 40, Dvali, 43, Griqalashvili, 72, Xisko, 75, Vouho, 77; 81 - Qlisiç, 42-avtoqol


"Şerif" (Moldova) – "Sutyeska" (Çernoqoriya) - 1:1

Qollar: Henrike, 45 - Pejoviç, 45


"Ekranas" (Litva) – "Hafnarfyordur" (İslandiya) - 0:1

Qol: Vidarsson, 29


"Fola" (Lüksemburq) – "Dinamo" (Xorvatiya) - 0:5

Qollar: Soudani, 59; 63, Kop, 64, Ademi, 75, Fernandes, 79


"Birkirkara" (Malta) – "Maribor" (Sloveniya) - 0:0


"Styaua" (Rumıniya) – "Vardar" (Makedoniya) - 3:0

Qollar: Tanase, 12, Pintilii, 21, Pavloviç, 45+2


Qeyd edək ki, bu gün keçiriləcək 9 oyunla ilk matçlara yekun vurulacaq.

Sizin Reklam Yeriniz