Əlaqə Arxiv
news Image
2020.06.02
13:46
| A A A
Premyer Liqa klubu baş məşqçi ilə müqaviləni yenilədi
Futbol üzrə İngiltərə Premyer Liqasında çıxış edən "Sautgempton" klubu baş məşqçisi Ralf Hasenhüttllə müqavilənin müddətini uzadıb. Mövqe.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 53 yaşlı avstriyalı mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. Qeyd edək ki, Hasenhüttl 2018-ci ilin dekabrından "Sautgempton"a rəhbərlik edir. Komanda hazırda Premyer Liqada 29 oyundan sonra 34 xalla 14-cü pillədə qərarlaşıb. Çempionatın iyunun 17-də bərpa olunması ilə bağlı qərar verilib.
Sizin Reklam Yeriniz