Əlaqə Arxiv
news Image
2013.07.19
16:16
| A A A
Boksçularımız Ukraynada 4 medal qazanıblar

Ukraynanın Mariopol şəhərində Makar Mazayın xatirəsinə həsr olunmuş sayca 47-ci turnirə yekun vurulub.


Mövqe.az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, "İliçevets" İdman Sarayında keçirilən yarışda Azərbaycan idmançıları da mübarizə aparıblar. Komandamz Ukraynadan 1 gümüş və 3 bürünc medalla dönüb.


64 kq çəki dərəcəsində mübarizə aparan Kamran Baxşəliyev finala kimi irəliləsə də, həlledici döyüşdə yerli idmançı Aleksandr Qreçixə uduzaraq 2-ci yerə layiq görülüb. Əbdürrəhman Şirinov (52 kq), Fərid Ağamoğlanov (56 kq) və Ariz İbrahimov (60 kq) bürünc medalla kifayətləniblər.

Sizin Reklam Yeriniz