Əlaqə Arxiv
news Image
2020.06.29
15:00
| A A A
"Keşlə" daha 5 futbolçusu ilə vidalaşdı - RƏSMİ

"Keşlə" klubu daha 5 futbolçusu ilə yollarını ayırıb. 

Klubun Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, paytaxt təmsilçisi yerli oyunçulardan Əfran İsmayılov, Murad Ağayev və Tural Bayramlı ilə vidalaşıb. 

"Keşlə" əcnəbilərdən paraqvaylı hücumçu Lorenzo Frutos və argentinalı müdafiəçi Franko Flores ilə müqaviləni yeniləməyib. 

Qeyd edək ki, "Keşlə" daha öncə Tural Axundov və Şəhriyar Əliyevi heyətinə cəlb edib, Cabir Əmirli, Ruslan Qurbanov və Slavik Alxasovla vidalaşıb.

Paytaxt klubu Vüsal İsgəndərli, Tərlan Quliyev, Azər Salahlı, Ruslan Əmircanov, Miyuşko Boyoviç, Con Kamara, Rəşad Əzizli və İlkin Qırtımovla müqaviləni yeniləyib. 

Sizin Reklam Yeriniz