Əlaqə Arxiv
news Image
2020.07.07
12:05
| A A A
Türkiyəli menecer: "Oğuz Aydının "Qarabağ"a keçidi baş tutmayacaq"
Türkiyənin III liqa təmsilçisi "1928 Bucaspor"un vingeri Oğuz Aydının "Qarabağ"a transferi reallaşmayacaq. Apasport.az saytının məlumatına görə, bunu 20 yaşlı futbolçunun meneceri Gökhan Tabakcıoğlu deyib. Agent bildirib ki, bir müddət əvvəl "Qarabağ" və "Astana"nın maraq dairəsində olan Oğuz Aydının keçidi ilə bağlı heç bir irəliləyiş olmayıb: "Hesab edirəm ki, Oğuzun bu klublara keçidi baş tutmayacaq. Görünən odur ki, onlar oyunçu ilə o qədər də ciddi maraqlanmırlar. Qeyd edək ki, Oğuz Aydın Türkiyənin 19 yaşadək futbolçulardan ibarət yığmasında çıxış edib.
Sizin Reklam Yeriniz