Əlaqə Arxiv
news Image
2020.07.10
14:35
| A A A
Çempionlar Liqasının püşkü atıldı

Bu gün UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb.

Goal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbir saat 14:00-da başlayıb.

1/4 final mərhələsindən oyunlar Portuqaliyanın paytaxtı Lissabonda “8-lər finalı” formatında keçiriləcək və 1 matçdan ibarət olacaq. 1/4 finalın oyunları 12-15 avqustda keçiriləcək.

Çempionlar Liqası, 1/4 final mərhələsi

Manchester City/Real Madrid – Juventus/Lyon

Leipzig – Atletico Madrid

Barcelona/Napoli – Bayern Münich/Chelsea

Atalanta – PSG

Yarımfinal mərhələsi

I cütünün qalibi – III cütünün qalibi

II cütünün qalibi – IV cütünün qalibi

Sizin Reklam Yeriniz