Əlaqə Arxiv
news Image
2020.07.14
09:43
| A A A
Futbol üzrə İspaniya çempionatında "Real" "Qranada"nı məğlub etdi
Futbol üzrə İspaniya çempionatının 36-cı turunda Madrid "Real"ı ilə "Qranada" komandaları görüşüb. Goal.az-ın məlumatına görə, oyun madridlilərin 2:1 hesabı qələbəsi ilə başa çatıb. Qolları qalib komanda tərəfindən Ferlan Mendi (10-cu dəqiqə) və Karim Benzema (16-cı dəqiqə), "Qranada" tərəfindən isə yeganə qolu Darvin Maçis (50-ci dəqiqə) vurublar. "Real" doqquzuncu ardıcıl qələbəsini qazanaraq 83 xalla turnir cədvəlində 1-ci, "Qranada" isə 50 xalla 10-cu yeri tutrlar.
Sizin Reklam Yeriniz