Əlaqə Arxiv
news Image
2020.08.11
09:41
| A A A
Avropa Liqası: Bu gün daha 2 yarımfinalçı müəyyənləşəcək
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin son 2 matçı keçiriləcək. Goal.az-ın məlumatına görə, Almaniyanın Duysburq şəhərindəki "MSV Arena"da İngiltərə "Vulverhempton"u İspaniya "Sevilya"sı ilə üz-üsə gələcək. Gelzenkirxendəki "AufŞalke Arena"da isə Ukrayna "Şaxtyor"u İsveçrə "Bazel"i ilə qarşılaşacaq. Bu cütlərin qalibləri avqustun 16-da yarımfinalda görüşəcək. 11 avqust Avropa Liqası, 1/4 final 23:00. "Vulverhempton" (İngiltərə) - "Sevilya" (İspaniya) 23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Bazel" (İsveçrə) Qeyd edək ki, ilk oyun günündə "İnter" Almaniya "Bayer"ini 2:1, "Mançester Yunayted" isə Danimarka "Kopenhagen"ini əlavə vaxtda 1:0 hesabı ilə yenib. Nəticədə "İnter" və "Mançester Yunayted" avqustun 17-də digər yarımfinalda bir-birinə rəqib olub.
Sizin Reklam Yeriniz